Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” – “Bayer” oyununa nə qədər bilet satılıb?

“Qarabağ” – “Bayer” oyununa nə qədər bilet satılıb?

Tarix: 6 Noyabr 2023 23:14

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda "Qarabağ" və Almaniya "Bayer"i arasında keçiriləcək oyuna bilet satışı davam edir.

Sonxeber.net-ın məlumatına görə,bu barədə klubdan bildiriblər.

Məlumata əsasən, artıq qarşılaşma üçün 24 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək "Qarabağ" - "Bayer" oyunu saat 21:45-də başlayacaq.


Etiketlər:  Qarabağ Bayer oyununa qədər bilet satılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ