Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aparıcılar məşhur layihədən 5 min manat qazandı

Aparıcılar məşhur layihədən 5 min manat qazandı

Tarix: 7 Noyabr 2023 16:50

Dünyaca məşhur yarışma "Düşən pullar" Azərbaycanda start götürüb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, AzTV-də yayımlanan layihənin aparıcılığını Şəhriyar Əbilov edir. Yarışmanın ilk qonaqları teleaparıcılar Dilarə Səlim və Mümtaz Xəlilzadə olublar.

Layihənin ilk buraxılışı Azərbaycan Televiziyası və Radiosu Gününə təsadüf edib və tanınmış teleaparıcılar 100 min manat uğrunda mübarizə aparıblar. Onlar sonda yarışmanı 5 min manat qazanaraq tərk ediblər. Dilarə Səlim və Mümtaz Xəlilzadə qazandıqları 5 min manatı "YAŞAT" Fonduna bağışlayıblar.

"Düşən pullar" layihəsi hər şənbə günü saat 22:00-da AzTV-də yayımlanacaq.


Etiketlər:  Aparıcılar məşhur layihədən manat qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ