Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2023 01:51
Sarımsaq yedikdən sonra ağızdan gələn sarımsaq iyini necə tez yox etmək olar?
Sonxeber.net lent.az-a istinadən bildirir ki, türkiyəli həkim Sevim Dönməz sarımsaq iyini yox etməyin ən yaxşı üsulunun qatıq yemək olduğunu deyib.
"Sarımsaq yedikdən yarım saat sonra ( dərhal olmaz) adi qatıq yemək lazımdır. Qatığın içərisindəki probiotiklər sarımsaq qoxusunu 99 fazi azaldır. Sarımsaqlı qatıq yedikdən yarım saat sonra sadə qatıq yemək də eyni effekti verir", - o bildirib.
Həkim həmçinin bildirib ki, ağızdan gələn pis qoxunu yox etməyin ən yaxşı üsullarından biri də mixək çeynəməkdir:
"Ümumiyyətlə ağızdan gələn pis qoxunun əsas səbəbkarı bağırsaqlardır. Xüsusən qəbizlikdən əziyyət çəkən adamların belə problemi olur. Buna görə yalnız diş fırçalamaqla iş bitmiş hesab olunmur. Bağırsaq florasının tənzimlənməsi üçün müalicə götürülməlidir".