Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada yeni ixtira...

Rusiyada yeni ixtira...

Tarix: 8 Noyabr 2023 09:52

Rusiya Biotexnoloji Universitetində yeni sağlam makaron növü ixtira edilib. Alimlər tritikale taxılından un əldə etməyə imkan verən texnologiya yaradıblar.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Lenta.ru-ya təhsil müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.

Mütəxəssislər hesab edirlər ki, bu, sağlam qida məhsullarının çeşidini genişləndirməyə kömək edəcək.

"Tritikale qeyri-ənənəvi bitki xammalı növlərindən biridir. Sağlam qida məhsullarının çeşidinin genişləndirilməsi, həmçinin funksional qida əlavələrinin istehsalı üçün ən perspektivlidir. Tritikale taxılı zülal tərkibinə, əvəzolunmaz amin turşularına, vitaminlərinə, makro və mikroelementlərə, bioloji aktiv maddələrə görə buğda və çovdardan üstündür", - deyə, patentləşdirilmiş texnologiyanın müəllifi, Rosbiotex-in taxıl, çörəkbişirmə və qənnadı məmulatları texnologiyaları kafedrasının dosenti Roman Kandrokov bildirib.

Triticale taxıl makaron ununu əldə etmək üçün hazırlanan üsul sənayedə tətbiq oluna bilər və istənilən un dəyirmanında və ya fermer təsərrüfatlarında həyata keçirilə bilər.

Universitet qeyd edib ki, makaron ruslar arasında ən populyar məhsullardan biridir. Bu məhsul ailələrin 80 faizinin pəhrizindədir. Eyni zamanda, Rusiyanın makaron bazarı hər il artır. 2023-cü ildə onun həcmi 38 milyard rubl artaraq tarixdə rekord səviyyəyə çatıb.

Alimlər deyirlər ki, klassik makaron heç də həmişə sağlam qidalanma və sağlam həyat tərzi meyarlarına cavab vermir. Onlar hesab edirlər ki, tritikale unundan hazırlanan makaron buğda və çovdardan hazırlanan məhsullara daha sağlam alternativ ola bilər.

Milli.Az


Etiketlər:  Rusiyada yeni ixtira


RƏYLƏR