Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nə üçün «Yasin» surəsi daha çox tilavət olunur?

Nə üçün «Yasin» surəsi daha çox tilavət olunur?

Tarix: 8 Noyabr 2023 19:02

Cavab: Bu surə "ya" və "sin" müqəttə hərfləri ilə başlayır. İmam Sadiq (ə) buyurur: "Yasin Allahın Rəsulunun adıdır. Çünki bunun ardınca buyurulur ki, "sən mürsəl (şəriət sahibi olan) peyğəmbərlərdənsən". Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
Hədislərdə"Yasin" surəsi "Quranın qəlbi" adlandırılır.İmam Sadiq (ə) buyurur: "Bu surəni qürubdan əvvəl oxuyan insan gün uzunu hifz olunar və bol ruzidən faydalanar. Hər kəs bu surəni yatmazdan əvvəl oxusa, Allah min mələk məmur edər ki, onu hər şeytan və hər bəladan qorusun".

Lakin bu fəzilətlər surəni kor-koranə oxuyana yox, onun məfhumunu düşünüb, anlayanlara şamildir. Elə bir düşüncə ki, insanın əməllərinə sirayət edir!

Milli.Az


Etiketlər:  üçün Yasin surəsi daha çox tilavət olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ