Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 13:56
Ermənistanda 3 illik istintaqdan sonra 9 noyabr iğtişaşlarının 10-dan çox iştirakçısına qarşı açılan cinayət işi bağlanır.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, buna səbəb dəlil çatışmazlığıdır.
Qeyd edək ki, 2020-ci ilin noyabrında 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya aktını imzalayıb. Bundan sonra İrəvanın mərkəzi küçələrində iğtişaşlarla müşayiət olunan etirazlar başlamışdı. Etirazçılar parlament binasına soxularaq ovaxtkı spiker Ararat Mirzoyanı döymüşdülər.