Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çağırış Kuboku: “Azərreyl” 1/16 final mərhələsinin ilk oyununda qələbə qazandı

Çağırış Kuboku: “Azərreyl” 1/16 final mərhələsinin ilk oyununda qələbə qazandı

Tarix: 9 Noyabr 2023 21:10

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çelenc Kubokunda növbəti qələbəsini qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin 1/16 final mərhələsinin ilk oyununda İspaniya klubu "Avarka de Menorka"nı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində məğlub edib.

Komandamız birinci setdə uduzsa da, növbəti üç seti üstün tamamlayaraq, 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb. Klublar arasında cavab görüşü noyabrın 15-də baş tutacaq.

Qeyd edək ki, "Azərreyl" əvvəlki mərhələdə Ukrayna "Balta"sını mübarizədən kənarlaşdırıb.

Milli.Az


Etiketlər:  Çağırış Kuboku Azərreyl 116 final mərhələsinin ilk oyununda qələbə qazandı


RƏYLƏR