Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahu həbs oluna bilər

Netanyahu həbs oluna bilər

Tarix: 9 Noyabr 2023 21:24

İstanbul Universiteti Hüquq fakültəsinin professoru, dosent Məhəmməd Dəmirəl Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Qəzzada hərbi cinayətlər çərçivəsində İsrail Baş naziri Binyamin Netanyahu üçün də eyni qərarı verə biləcəyini bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Məhəmməd Dəmirəl bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə Romada imzalanmış beynəlxalq müqavilə əsasında yaradılıb ki, bu da "Roma Statusu"dur. Roma Statutuna görə, müharibə cinayəti törədən insanlara kömək edənlərin də mühakimə oluna biləcəyinə diqqət çəkən Dəmirəl, İsrailə silah dəstəyi verən ABŞ prezidenti Co Bayden və Fransa prezidenti Emmanuel Makrona qarşı hətta ölkələrində keçirilən kütləvi nümayişlərdə də "müharibə cinayətkarı" kimi etiraz edildiyini bildirib.

Dəmirəl, Beynəlxalq Cinayət Məhkəməsinin İsrail dövlət liderləri, xüsusilə Benyamin Netanyahu haqqında həbs qərarı çıxarsa və mühakimə başlasa, onların əmrini yerinə yetirən əsgərlər və onları dəstəkləyənlərin də mühakimə oluna biləcəyini vurğulayıb və əlavə edib ki, İsrailin İrs naziri Amihai Eliyahunun təkcə blokadada olan Qəzza zolağına nüvə bombası atma ehtimalından bəhs etməsi, bu şəxslərin BCM-də mühakimə oluna biləcəyini ortaya qoyan bir vəziyyətdir.

Milli.Az


Etiketlər:  Netanyahu həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ