Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu oyunun penaltilər seriyasında qapılara 44 zərbə vuruldu

Bu oyunun penaltilər seriyasında qapılara 44 zərbə vuruldu

Tarix: 9 Noyabr 2023 22:46

Şimali İrlandiya Liqa Kuboku oyununun penaltilər seriyasında qapılara 44 zərbə vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, 1/8 finalın "Ballimena" - "Kolerayn" görüşündə baş verib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasına ehtiyac duyulub. Burada isə komandalar hərəyə 22 zərbə vurublar. Yekunda "Kolerayn" 18:17 hesablı qələbə qazanaraq mərhələ adlayıb.

Bu, futbol tarixinin ən uzun üçüncü penaltilər seriyası olub. Namibiya Kubokunun "Pelas" - "Siviks" görüşündə qalibi müəyyənləşdirmək üçün 48, İngiltərənin aşağı divizionunun "Vaşinqton" - "Bedlinqton" matçında isə 54 penalti zərbəsinə ehtiyac duyulub.

Milli.Az


Etiketlər:  Bu oyunun penaltilər seriyasında qapılara 44 zərbə vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ