Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Uşağın xoruldamasının səbəbi

Uşağın xoruldamasının səbəbi

Tarix: 9 Noyabr 2023 23:24

Uşaqlar da böyüklər kimi xoruldaya bilər. Adətən bu 3-4 yaşından sonra müşahidə olunur.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, otorinolarinqoloq Vladimir Zaytsev uşaqlarda xorultunun səbəbini açıqlayıb.

"Uşaqlarda xoruldama adətən adenoidlərdən qaynaqlanır,badamcıqlar iltihablalıb iki-üç dəfə böyüyür.

Bu problemi adenoidləri müalicə etməklə həll etmək olar: "Adenoidlərin böyüməsi nəticəsində burun-udlaq tıxanır və uşaq daim xoruldayır. İltihab azaldıqca adenoidlər kiçiləcək və uşaq özünü daha yaxşı hiss edəcək".

Əgər adenoidlər vaxtında müalicə olunmasa və üçüncü dərəcəyə keçsə, onları çıxarmaq lazım olacaq.

Mütəxəssis tövsiyə edir ki, xoruldayan nəinki uşaqlar, həmçinin böyüklər də vaxtında həkimə müraciət etməli, müalicə olunmalıdırlar.

Milli.Az


Etiketlər:  Uşağın xoruldamasının səbəbi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ