Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bihter” gələn həftə nümayiş olunacaq

“Bihter” gələn həftə nümayiş olunacaq

Tarix: 10 Noyabr 2023 01:26

"Aşk-ı Memnu" serialı əsasında çəkilmiş "Bihter" filmi ilk dəfə 16 noyabrda rəqəmsal platformada nümayiş olunacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki,  film Mehmet Binay və Caner Alperin rejissorluğu ilə çəkilib.

Ekran işinin aktyor heyətində Farah Zeynep Abdullah, Boran Kuzum, Osman Sonant, Hande Ataizi, Helin Kandemir, Nezaket yer alıb.

"TAFF Pictures"in çəkdiyi filmin ssenari müəllifi Merve Göntemdir.

Qeyd edək ki, filmdə "Bihter Ziyagil" obrazını aktrisa Farah Zeynep Abdullah, "Behlül" obrazını isə aktyor Boran Kuzum canlandırır.

Xatırladaq ki, illər əvvəl "Kanal D"də yayımlanmış "Aşk-ı Memnu" serialında baş rolları Beren Saat (Bihter) və Kıvanç Tatlıtuğ (Behlül) canlandırıblar. 

Milli.Az


Etiketlər:  Bihter gələn həftə nümayiş olunacaq


RƏYLƏR