Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 07:24
Tatarıstanda 8x4 təkər sistemli pilotsuz ağır "KamAZ" yük avtomobili prototipini sınaqdan keçirilir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə istehsalçının rəsmi "Telegram" kanalı məlumat yayıb.
Maşına "RoboCop" adı verilib. Bu, 1987-ci ildə yayımlanan ABŞ elmi-fantastik filminin adıdır.
Bildirilir ki, hazırda avtomobil modifikasiya üçün şirkətin tədqiqat və inkişaf mərkəzindədir. Daha sonra isə kömür şaxtalarından birində real şəraitdə sınaqdan keçirilməsi üçün Kemerovoya yollanacaq.