Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nitq məhdudiyyətli azyaşlıya kobudluq edən loqoped: Şər-böhtan atılır - VİDEO

Nitq məhdudiyyətli azyaşlıya kobudluq edən loqoped:  Şər-böhtan atılır - VİDEO

Tarix: 10 Noyabr 2023 15:48

Bakıda loqoped uşaqla kobud davranıb.   Milli.Az azxeber-ə istinadla bildirir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Aysel Nəbiyeva adlı loqoped nitq məhdudiyyətli uşağa qışqıraraq, topları qabdan boşaldıb:

"Tez topları yığ və mənə gətir. Bu gün sən mənim səbrimi sınadın və səsindən başım ağrıdı".
Daha sonra o, "Gördün ki, adamı necə tabe edirlər?" sözlərini işlədib. 
 
Loqoped Aysel Nəbiyeva Oxu.Az-a açıqlamasında bildirib ki, görüntülər yarımçıq yayılıb:
"Bu videonu mənim ailəmlə prinsipi olan xanım pul qarşılığında yayıb. Uşağın ailəsi bu barədə şikayətçi deyil, sadəcə narahatlıqları videonun yayılmasıdır.
Uşağa qətiyyən şiddət göstərilməyib. Əgər belə bir şey olsaydı, çoxdan haqqımda araşdırma aparılırdı. Atılan şər-böhtandır".

Milli.Az


Etiketlər:  Nitq məhdudiyyətli azyaşlıya kobudluq edən loqoped Şər böhtan atılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ