Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 16:54
Bu ilin iyul-sentyabr aylarında dünyanın aparıcı sənaye şirkətlərinin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Yaponiyanın biznes qəzeti "Nikkei" öz ekspertlərinin hesablamalarına istinadən yazır ki, qlobal sənayedə mənfəət ardıcıl dördüncü rübdür ki, azalıb.
Ekspertlər ABŞ, Avropa İttifaqı, Çin və digər ölkələrin 13 min aparıcı şirkətinin əsas göstəricilərini təhlil ediblər ki, bu da planetin birjalarında yer alan bütün səhmlərin ümumi həcminin 90 faizini təşkil edir. Sənaye sektorunda vəziyyətin ümumi pisləşməsi fonunda ən mənfi vəziyyət kimya sənayesində qeydə alınıb - üçüncü rübdə mənfəət bir il əvvəlki ilə müqayisədə 43 faiz azalıb. Elektron avadanlıqların istehsalında mənffət 12 faiz, dəzgah sənayesində 10 faiz azalıb. Eyni zamanda, qeyri-sənaye sektorunda xalis mənfəət 16 faiz artıb.
Hesablamalar göstərib ki, göstəricinin pisləşməsi ilk növbədə Çinlə əməliyyatlarda qeyd olunub. "Nikkei" yazır ki, göstəriciyə yüksək kredit faizlərinin yeni investisiyalar üçün maneəyə çevrildiyi ABŞ-dakı vəziyyətlə bağlı narahatlıqlar da təsir edir.
Çin Dövlət Statistika İdarəsinin məlumatına görə, 2021-ci ildə ölkənin ÜDM-in artım tempi son 10 ildə ən yüksək göstərici olub və 8,4 faizə çatıb. Lakin bəzi mənfi amillərin, ilk növbədə pandemiyanın təsiri ilə 2022-ci ildə dinamika 3 faiz təşkil edib. Cari il üçün rəsmi hədəf 5 faiz səviyyəsində müəyyən edilib.