Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tərəvəz şəhər sakinlərinə ən faydalı məhsuldur

Bu tərəvəz şəhər sakinlərinə ən faydalı məhsuldur

Tarix: 11 Noyabr 2023 05:33

Bədəni "yeniləmək" və xroniki intoksikasiyadan qaçınmaq üçün pəhrizinizə kələm əlavə etməlisiniz. Üstəlik kələmin istənilən növü faydalıdır.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri diyetoloq Marqarita Koroleva bildirib. Onun sözlərinə görə, bu tərəvəzin tərkibindəki faydalı mikroelementlər arasında kükürd xüsusi əhəmiyyət kəsb edir, ona görə də toksinlərin təmizlənməsi üçün zəruri olan qlutatyon artır.

"Əgər siz sənaye istehsalının çox olduğu bir şəhərdə yaşayırsınızsa, orqanizmin detoksifikasiyasına diqqət yetirmək vacibdir. Bu işdə bizə glutatyon və müvafiq olaraq kükürdlü məhsullar, o cümlədən kələm kömək edəcək", - həkim "Sputnik" radiosuna müsahibəsində deyib.

Koroleva həmçinin bildirib ki, kələm qaraciyərin fəaliyyətinə faydalı təsir göstərir, həmçinin maddələr mübadiləsini sürətləndirir.


Etiketlər:  tərəvəz şəhər sakinlərinə faydalı məhsuldur


RƏYLƏR