Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Handenin sevgilisi ilə bu paylaşımı böyük maraq yaratdı - FOTO

Handenin sevgilisi ilə bu paylaşımı böyük maraq yaratdı - FOTO

Tarix: 12 Noyabr 2023 12:20

Son zamanların məşhur cütlüklərindən olan türkiyəli aktrisa Hande Erçel və iş adamı Hakan Sabancıdan yeni paylaşım gəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, cütlük restoranda yemək yedikləri zaman çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıb. Foto izləyicilər tərəfindən çox sayda bəyənmə toplayıb.

Hakan Sabancı ilə münasibətlərini gözlərdən uzaq tutmağa üstünlük verən Hande Erçelin sevgilisi ilə bu yeni fotosu izləyicilərinin böyük marağına səbəb olub.

Qeyd edək ki, "Instagram" hesabında 31 milyon izləyicisi olan Hande Erçel sosial media hesabı ilə bağlı yeni qərar verib. Aktrisa abunə sisteminə keçəcək və izləyiciləri üçün xüsusi paylaşımlar edəcək. Hande Erçelin bu şəxsi paylaşımlarını görmək istəyənlər isə aylıq 32,99 Türkiyə lirəsi ödəməli olacaqlar.

Milli.Az


Etiketlər:  Handenin sevgilisi ilə bu paylaşımı böyük maraq yaratdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ