Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2019 22:56
Almaniyanın "Transfermarkt" saytı ötən həftəsonu keçirilən və ən çox azarkeşin stadiondan izlədiyi oyunların siyahısını dərc edib.
Qol.az-ın məlumatına görə, siyahının ilk pilləsində İran çempionatının 9-cu turunun "Traktor" - İstiqlal" görüşü (2:4) yer alıb. Həmin qarşılaşmaya stadiondan 100 min azarkeş baxıb. "Borussiya" (Dortmund) - "Volfsburq" (Bundesliqa, 80 min 200) ikinci , "Real" - "Betis" (La Liqa, 70 min 375) oyunu üçüncü olub.
"Flamenqo" - "Korintians" (Braziliya çempionatı, 64 min 985) 4-cü , "Arsenal" - "Volverhempton" (Premyer Liqa, 60 min 383) matçı isə 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, "Traktor" - İstiqlal" qarşılaşmasında təbrizli azarkeşlər “Səhənd” stadionunda Azərbaycanla bağlı şüarlar səsləndirib.