Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tonali ''Nyukasl''dan uzaqlaşdırıldı

Tonali ''Nyukasl''dan uzaqlaşdırıldı

Tarix: 12 Noyabr 2023 16:46

İtaliyalı müdafiəçi Sandro Tonali qumar aludəçiliyinə görə on ay müddətinə diskvalifikasiya edilib. 

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, o, həmçinin rəsmi futbol simulyatoru olan EA FC24-dən də çıxarılıb. 

Bu barədə "Pianetamilan.it" məlumat yayıb. Xəbərə görə, Tonali "Nyukasl" heyətində olmayacaq və əlavə oyun paketlərində seçilə bilməyəcək.

Xatırladaq ki, Sandro Tonali İngiltərə klubuna İtaliyanın "Milan" klubundan keçib. O, bu komandada 130 oyun keçirib, 7 qol vurub və 13 məhsuldar ötürmə edib. Sandro İtaliya klubu ilə həmçinin, 2021/2022 mövsümündə A Seriyasının qalibi olub.


Etiketlər:  Tonali Nyukasldan uzaqlaşdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ