Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı "İŞİD üzvü" saxlanıldı - sübut yoxdur

Azərbaycanlı

Tarix: 12 Noyabr 2023 19:18

Gürcüstanda İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanıldığı bildirilən şəxslərdən biri Azərbaycan vətəndaşıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

Bildirilir ki, ötən gün Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin antiterror mərkəzi tərəfindən İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinərək saxlanılan iki əcnəbidən biri Azərbaycan, digəri isə Rusiya vətəndaşıdır.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, onlar miqrantların Gürcüstan ərazisindən keçməklə qeyri-qanuni olaraq başqa ölkəyə göndərilməsinə və Gürcüstanda qalmasına şərait yaratdıqları üçün saxlanılıblar.

Yaxın saatlarda Tiflis Şəhər Məhkəməsində onların məhkəməsi keçiriləcək.

Saxlanılanların vəkili Ani Sişniaşvili mediaya açıqlamasında deyib ki, Dövlət Təhlükəsizlik Xidməti sübut əldə edə bilməyib, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi (qanunsuz olaraq odlu silah və partlayıcı maddələr əldə etmə, saxlama və gəzdirmə) əsasında aparılır.

Bundan əvvəl "Novosti-Georgia" agentliyi məlumat vermişdi ki, Dövlət Təhlükəsizliyi Xidmətinin antiterror mərkəzi miqrantların qeyri-qanuni daşınması işi üzrə aparılan araşdırma zamanı iki əcnəbi vətəndaşı saxlayıb.

Xüsusi əməliyyat Tiflisin iki məntəqəsində eyni vaxtda keçirilib. Axtarış zamanı partlayıcı maddələr və əldəqayırma partlayıcı qurğular, elektron məlumat ötürmə vasitələri, tüfənglər, saxta xarici pasportlar və üzərində "İslam Dövləti" terror təşkilatının simvolları olan bayraq götürülüb.

Milli.Az


Etiketlər:  Azərbaycanlı İŞİD üzvü saxlanıldı sübut yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ