Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 19:32
Hindistanın şimalındakı Uttarakhand ştatında tikilməkdə olan nəqliyyat tuneli çöküb, azı 36 işçi dağıntılar altında qalıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "India Today" telekanalı məlumat yayıb.
Hadisə yerində polis və Fövqəladə Hallara Qarşı Mübarizə Qüvvəsinin bir qrupu işləyir.
Dağıntılar altında qalanların sağ olub-olmadığı məlum deyil.