Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2023 19:38
Türkiyə bölgədəki böhranların və problemlərin həlli üçün əsas ölkədir.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, problemin həlli üçün ən uyğun təklifləri təqdim edən ölkə Türkiyədir.
Dövlət başçısı Türkiyənin regiondakı roluna da toxunub.
"Bu coğrafiyada Türkiyəni bu coğrafiyada nəzərə almadan təşəbbüslər irəli sürmək, planlar qurmaq mümkün deyil", - deyə R.T.Ərdoğan bildirib.
Türkiyə prezidenti qeyd edib ki, bölgəmiz on minlərlə kilometr aralıda olan və burada öz təsirini qurmaq istəyən ölkələrdən dərhal xilas olmalıdır.