Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mirzoyan Britaniyaya gedir: masada nələr var?

Mirzoyan Britaniyaya gedir: masada nələr var?

Tarix: 12 Noyabr 2023 22:04

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 13-dən 14-dək Böyük Britaniyaya rəsmi səfərə gedəcək.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" Ermənistan XİN-in mətbuat katibi Ani Badalyana istinadla məlumat yayıb.

Onun sözlərinə görə, plana əsasən, XİN rəhbərlərinin görüşü baş tutmalı və Ermənistanla Böyük Britaniya arasında Strateji Dialoqun ilk görüşü də keçirilməlidir.

Bu ilin mayında Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Doçerti 2023-cü ildə Ermənistanla strateji dialoqun başlanacağını elan edib.

Doçerti bu planların ilin ikinci yarısında həyata keçiriləcəyinə, strateji dialoqun səmərəli olacağına və əməkdaşlığın əhatə dairəsini genişləndirəcəyinə ümidvar olduğunu bildirib.

Bundan əvvəl Rusiya Dövlət Duması bəyan etmişdi ki, Putin BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası ilə əlaqədar Ermənistana gedə bilməyəcək.


Etiketlər:  Mirzoyan Britaniyaya gedir masada nələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ