Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Neymarın dəyişimi - FOTO

Neymarın dəyişimi - FOTO

Tarix: 13 Noyabr 2023 14:46

"Əl-Hilal" və Braziliya millisinin hücumçusu Neymar saçını keçəl kəsdirdikdən sonra sosial şəbəkədə foto paylaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, braziliyalı paylaşıma "Yeni bazar günü görünüşü" yazıb.

Bundan əvvəl Neymar saçını ən azı iki dəfə keçəl kəsdirib. İlk dəfə bunu 2015-ci ilin sentyabrında xərçəng diaqnozu qoyulan nənəsinə dəstək olmaq üçün edib. O, 2020-ci ilin fevralında ikinci dəfə saçını qırxdırıb.

Noyabrın əvvəlində Neymar ön çarpaz bağın zədələnməsi və menisküsün cırılması səbəbindən dizindən əməliyyat olunub. İdmançının bərpası təxminən 10 ay çəkməlidir.

Daha əvvəl Neymarın dizindəki piyləri çıxarmaq üçün uğursuz əməliyyatdan sonra dünyasını dəyişən sevgilisi Luana Andradeni itirdiyi bildirilirdi. Onun 29 yaşı var idi.

Milli.Az


Etiketlər:  Neymarın dəyişimi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ