Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2023 19:00
Qazaxıstanın hakimiyyət orqanları öz vətəndaşlarının Qəzza sektorundan təxliyəsinə başlayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.
"Bu gün vətəndaşlarımızın Qəzza sektorundan təxliyə prosesi başlayıb. Noyabrın 13-də 44 nəfərdən ibarət ilk qrup təxliyə olunacaq. Bu qrupa 40 nəfər qazaxıstanlı və onların ailə üzvlərindən olan 4 xarici ölkə vətəndaşı daxildir", - deyə o bildirib.
Diplomatın sözlərinə görə, bu gün "Rafah" nəzarət-buraxılış məntəqəsindən aralarında Qazaxıstan, Mərakeş, İordaniya, Rusiya, İspaniya, İsveç, Peru, Niderland, Böyük Britaniya və ABŞ vətəndaşları olmaqla 594 nəfər təxliyə ediləcək.