Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan üçün TARİXİ ŞANS - İlk dəfə... - FOTO

Azərbaycan üçün TARİXİ ŞANS - İlk dəfə... - FOTO

Tarix: 13 Noyabr 2023 20:30

Azərbaycanın 3x3 qadın basketbol millisi Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etmək üçün təsnifat oyunları keçirəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yığma ötən ilin yayında Dünya Qadın Seriyasının mərhələ matçlarında qazandığı reytinq xallarına görə bu şansı əldə edib.

Dünya Qadın Seriyasında dörd dəfə mərhələ qalibi olan "Neftçi" klubunun və millimizin heyətində iştirak etmiş basketbolçuların topladıqları yüksək reytinq xallarına görə komanda iki təsnifat oyunu keçirmək şansı qazanıb.

İlk təsnifat oyunları 2024-cü ilin 17-18 aprel tarixlərində baş tutacaq. İkinci təsnifat görüşləri gələn ilin iyununa planlaşdırılır.

Milli.Az


Etiketlər:  Azərbaycan üçün TARİXİ ŞANS İlk dəfə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ