Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2023 22:32
Xokkeyçi Kirill Kaprizov müsahibəsində Altayda sağlamlığını yaxşılaşdırmaq üçün buynuz vannalarından istifadə etdiyini bildirib. Bu prosedur qaynadılmış maral buynuzlarından təzə sulu ekstraktdan hazırlanır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, idmançının sözlərinə görə, maral buynuzundan vanna qəbul etmək sağlamlıq üçün faydalıdır, o cümlədən immuniteti yaxşılaşdırır.
Kaprizov qeyd edib ki, 7-8 yaşından bu prosedurdan istifadə edir və heç vaxt xəstə olduğunu xatırlamır.
Forvarın sözlərinə əsasən, maralların buynuzlarından çıxan qan qaynar suya qarışdırılır.