Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2023 23:02
İspaniyanın Barselona şəhərinin məhkəməsi eyniadlı klubun sabiq futbolçusu Dani Alveşin işi üzrə istintaqı yekunlaşdırıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, məhkəmə bu gün istintaqın dayandırılması barədə qərar qəbul edib.
Artıq növbəti məhkəmədə tanınmış braziliyalı müdafiəçi barədə hökm oxunacaq. Alveşə müdafiə olunmaq, ittihamçı tərəfə isə çıxış üçün 5 gün vaxt verilib.
Qeyd edək ki, yanvarın 20-də gecə klubunda bir qadına təcavüz etməkdə ittiham olunaraq saxlanılan Dani Alveşi 10 ilə qədər həbs gözləyir.