Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2023 08:14
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024/25 mövsümündə Çempionlar Liqasında iştirak etmək üçün Səudiyyə Ərəbistanından "Ən-Nəsr"i dəvət etmək imkanını nəzərdən keçirir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi "X" (keçmiş "Twitter") səhifəsində məlumat verib.
"UEFA 2024-cü ildə Çempionlar Liqasında iştirak etmək üçün "Ən-Nəsr"ə dəvət göndərmək niyyətindədir, çünki klub ən populyar futbol klubundan biridir və Avropa qitəsində böyük populyarlıq qazanıb", - jurnalist yazıb.
Xatırladaq ki, 2022-ci ilin dekabrından portuqaliyalı hücumçu Kriştianu Ronaldu da bu klubda çıxış edir. Beşqat "Qızıl top" sahibinin müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.