Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunu etsəniz ağ ciyər xərçənginə yoluxma riskiniz 90% azalar

Bunu etsəniz ağ ciyər xərçənginə yoluxma riskiniz 90% azalar

Tarix: 16 Noyabr 2023 01:33

Ağ ciyər xərçənginin yüzdə 90-ı siqaretdən qaynaqlandığı üçün siqareti dünyamızdan çıxarsaq, ağciyər xərçəngi ən nadir xərçənglər arasında olacaq".

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bunu, türkiyəli Tibbi Onkologiya Mütəxəssisi Dr. Ersin Özaslan deyib.

Xərçəngə tutulmamaq üçün məsləhətlər verən Özaslan sözlərini belə davam etdirib:

"Məlum olduğu kimi, ən böyük səbəb yüzdə 90 siqaretdir. Araşdırmalara görə, dünyada 15 yaşdan yuxarı siqaret çəkənlər ən çox Türkiyədədir. Bukifayət qədər ciddi bir vəziyyətdir. Dünyada hər il 2,2 milyon yeni ağciyər xərçəngi qeydə alınır. 2020-ci ilə qədər ildə ən çox rast gəlinən xərçəng növü ağciyər xərçəngi idi. Ancaq 2020-ci ildə süd vəzi xərçəngi ağciyər xərçəngini geridə qoydu".

2015-ci ildən sonra müalicə variantlarının artdığından xərçənglə mübarizədə müvəffəqiyyət nisbəti də artıb.

"Ağciyər xərçənginin 90 faizi siqaretdən qaynaqlanır, ikinci yerdə havanın çirklənməsi gəlir. Ancaq hadisələrin 90 faizi siqaretdən qaynaqlandığı üçün, əgər siqareti dünyamızdan çıxarsaq, ağciyər xərçəngi ən çox rast gəlinən xərçəng olmaqdan çıxacaq və ən nadir xərçənglər sırasında olacaq. Təbii ki, genetik səbəblər də var. Bəzi genetik səbəblərin müalicəsi də var. Xəstəyə erkən xərçəng diaqnozu qoyularsa, cərrahiyyə və ya radioterapiya var. 2015-ci ildə immunoterapiyaların ortaya çıxması ilə müalicə şansı artdı. 5 illik sağ qalma nisbəti yüzdə 5-dən yüzdə 25-30-a yüksəldi. Bu, mühüm uğurdur".


Etiketlər:  Bunu etsəniz ciyər xərçənginə yoluxma riskiniz azalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ