Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızı konsertində Natiqə sürpriz etdi - VİDEO

Qızı konsertində Natiqə sürpriz etdi - VİDEO

Tarix: 16 Noyabr 2023 18:45

Xalq artisti Natiq Şirinov rəhbəri olduğu "Natiq" ritm qrupu ilə ötən gün konsert verib. 

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, nağara ifaçısının yaradıcılıq gecəsində ailə üzvləri də onu tək qoymayıblar. Qızı Sevil isə gecədə musiqiçiyə sürpriz edib. 

Sevil atası üçün yazdığı şeiri səsləndirib. N.Şirinov qızının şeiri türk dilində deməsini isə belə izah edib:

"Qızım türk dilində təhsil alıb. Ona görə də bu dildə şeir dedi".

Sevil şeir deyəndən sonra atasının istəyi ilə səhnəyə çıxıb. Həmin görüntüləri aparıcı Hacı Nuran Hüseynov paylaşıb.

Qeyd edək ki, Sevil bir neçə gün əvvəl Semih adlı Türkiyə vətəndaşı ilə nişanlanıb. 


Etiketlər:  Qızı konsertində Natiqə sürpriz etdi VİDEO


RƏYLƏR