Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2023 20:20
Əməkdar artist Lalə Məmmədova "Sözbaz" verilişində açıqlamaları ilə diqqət çəkib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Lalə Məmmədova yeni imicindən danışıb: "Məncə, özümü tapdım. Yaşadığım hər anın ləzzətini çıxarmağa çalışıram. Nostalji ilə yaşayan insan deyiləm. Bizim sənətin qəddar tərəfləri də var. Amma bir az sənətdən uzaqlaşan kimi yaddan çıxmaq qorxum olmayıb. Çalışdığım qədər keyfiyyətli mahnılar ifa etmişəm.
Hər şey mükəmməl olmalıdır, nöqsan olmamalıdır. Ona görə də ətrafımdakıların qanını içirəm. Məsələn, niyə filan mahnı filan vaxt hazır olmadı və s. Yaxud bir sözdən ölə bilərəm. Məni öldürmək istəyirsinizsə, bir sözlə öldürə bilərsiz. Bu, zəif tərəflərimdir. Zəif tərəfini deyəndə artıq düşmən səni nə ilə vuracağını bilir".
Əməkdar artist xalq artisti Brilliant Dadaşova ilə barış addımından da söz açıb: "Münasibətimizdə heç nə yox idi, sadəcə küsülülük uzanırdı. İndi hər şey yaxşıdır. Brilliant Dadaşova ilə barışmağıma sevinən insanlar da var. Təşəbbüskarlardan biri də Murad Arif idi. Nə gözəl ki, Brilliant xanımla barışıq oldu".