Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Canni De Byazi: "Bu gün meydanda ürəyimizi qoyduq"

Canni De Byazi:

Tarix: 16 Noyabr 2023 23:48

"Bu gün meydanda ürəyimizi qoyduq".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis matça çox yaxşı başladıqlarını bildirib: "İlk yarıda çox riskə getmədik. İkinci hissədə özümüzü bir az çətinliyə saldıq. Futbolçular alqışa və bundan çoxuna layiqdirlər. Milli komanda uduzanda da stadionda ona tam dəstək olmalıdır. Hər matçda tam gücümüzü meydanda qoyuruq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq və vuruşduq".

Milli.Az


Etiketlər:  Canni De Byazi Bu gün meydanda ürəyimizi qoyduq


RƏYLƏR