Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəvai gileyləndi: “10 il ərzində harada olduğumu, kiminlə olduğumu...” – FOTO

Nəvai gileyləndi: “10 il ərzində harada olduğumu, kiminlə olduğumu...” – FOTO

Tarix: 17 Noyabr 2023 12:50

Rusiya və MDB ölkələrində məşhurlaşan müğənni Nəvai Bəkirov açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi sosial şəbəkə hesabında paylaşdığı postda keçdiyi ağır həyatından söz açıb: 

"Evi, ailəsi, kompüterləri olan dostlarım 10 il ərzində harada olduğumu, kiminlə olduğumu, nə işlə məşğul olduğumu, harada yaşadığımı və nə yediyimi soruşmadılar.

İndi isə hər şey yaxşı olanda, Allaha şükür, onlar ortaya çıxıb, mənim həyatıma qayıtmaq istəyirlər. Açıq şəkildə bildirirəm ki, bu illər ərzində əldə etdiyim hər şeyi bu illərdə mənimlə olanlarla bölüşmək istəyirəm. Bütün dostlarınız yaxşı olsun, amma beşikdən məzara qədər dost olmağı bacarmaq lazımdır", - deyə Nəvai vurğulayıb. 

Qeyd edək ki, Nəvai Bəkirov özü haqda "Mən hərəkət edən zooparkda doğulmuşam və 6 yaşıma qədər faytonlarda heyvanların arasında böyümüşəm" açıqlaması ilə diqqət çəkib.

Milli.Az


Etiketlər:  Nəvai gileyləndi 10 il ərzində harada olduğumu kiminlə olduğumu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ