Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"S-400 paltaryuyan maşındır?" - Nazirdən deputata cavab

Tarix: 17 Noyabr 2023 13:54

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​parlamentdə 2024-cü il büdcəsi ilə bağlı keçirilən dinləmələrdə deputatların suallarını cavablandırıb.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin istifadəsi ilə bağlı müzakirələr zamanı Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat Vəli Ağbaba nazirə sual verib: "Niyə S-400-dən istifadə etmirik?"

Nazir deputata cavabında deyib: "Onları harada istifadə etməliyik? S-400 paltaryuyan maşındır? Xahiş edirəm, hər mövzuda danışmağa ehtiyac yoxdur. S-400-dən istifadə etmək zərurəti yarandıqda biz düyməni basacağıq və bütün maraqlı tərəflər bundan sonra nə olacağını görəcəklər".

Milli.Az


Etiketlər:  S 400 paltaryuyan maşındır Nazirdən deputata cavab


RƏYLƏR