Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həbs edilən fenomen bacıların anası : ''Çox böyük...'' - FOTO

Həbs edilən fenomen bacıların anası : ''Çox böyük...'' - FOTO

Tarix: 17 Noyabr 2023 18:05

Həbs edilən fenomen bacılar  Nihal və Bahar Candanın anaları proqramda göz yaşlarına boğulub.

Sonxeber.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq, cinayət təşkilatına üzv olmaq və cinayət təşkilatı yaratmaq ittihamı ilə saxlanılan Nihal Candan və Bahar Candan bacıları ifadə verdikləri məhkəmə tərəfindən həbs ediliblər.

Candan bacılarının anası Umut Candan "2-ci Səhifə" proqramına ilə telefonla əlaqə saxlayıb və qızlarının günahsız olduğunu bildirib.

Qızları həbs olunan Umut Candan ana göz yaşları içində "Türk ədalətinə tam güvənirəm. Övladlarımın vasitəsilə nə girən, nə çıxan pul olmadı. Çox böyük səhv edilir. İlahi ədalətə, hakimlərə, prokurorlara güvənirəm. .Uşaqlarımın tək günahı o naharda olmaqdır. Bundan başqa qızlarımın heç bir günahı yoxdur. Bilirəm ki, tezliklə çıxacaqlar. Qızlarım nəyin içində olduqlarını belə bilmirlər"  deyə üsyan edib.


Etiketlər:  Həbs edilən fenomen bacıların anası Çox böyük FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ