Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxda avtomobilə atəş açıldı

Qazaxda avtomobilə atəş açıldı

Tarix: 17 Noyabr 2023 22:46

Qazaxda mübahisə zəminində avtomobilə odlu silahdan atəş açılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Report-a bildirib ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılması barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək, araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Birinci Şıxlı kənd sakini, 1981-ci il təvəllüdlü Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan 2 dəfə atəş açılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Hadisəni törətməkdə Birinci Şıxlı kənd sakini, 1978-ci il təvəllüdlü Elşən Yusifov şübhəli bilinir. Hazırda şübhəli şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  Qazaxda avtomobilə atəş açıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ