Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamı Ukraynanın tərəfindədir, biz isə... - Ərdoğan

Hamı Ukraynanın tərəfindədir, biz isə... - Ərdoğan

Tarix: 18 Noyabr 2023 07:34

Türkiyə həm Rusiya, həm də Ukrayna ilə danışa bilər, digər NATO ölkələri isə Kiyevi tam dəstəkləyir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla görüşdə deyib.

"Əvvəla, Türkiyə NATO-nun aparıcı ölkələrindən biridir, biz ilk beşlikdəyik. Türkiyə NATO-da sıradan bir ölkə deyil, ilk beşlikdədir. Hazırda hansı fikirlər olursa olsun, NATO ölkələri Rusiya ilə Ukrayna arasında kimin tərəfindədir? Onlar Ukraynanın tərəfindədirlər. Biz Türkiyə kimi həm Ukrayna, həm də Rusiya ilə danışıqlar aparırıq", - Ərdoğan qeyd edib.


Etiketlər:  Hamı Ukraynanın tərəfindədir isə Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ