Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa Ermənistan vasitəsilə İrana silah verir - Nİ

Fransa Ermənistan vasitəsilə İrana silah verir - Nİ

Tarix: 18 Noyabr 2023 08:28

Fransa mediası Parisin Livanın silahlı qüvvələrinə zirehli transportyorlar çatdırması barədə məlumat yayıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Fransa rəsmilərinin bildirdiyinə görə, tədarükün məqsədi Qəzza zolağı ətrafında gərginliyin artması fonunda Livan ordusunu gücləndirməkdir.

ABŞ-da respublikaçıların intellektual ruporu olan "Nəşnl İnterest" nəşrinin fikrincə, Livana tədarük edilən hər hansı hərbi texnikanın Hizbullahın və yaxud da dolayısı yolla onun ağası olan İranın əlinə keçməsi riski yüksəkdir.

Hələ iyul ayında İsrailin "Alma" tədqiqat və təhsil mərkəzi ABŞ, İngiltərə, Fransa və digər Avropa ölkələrinin Livan ordusuna verdiyi silahların Hizbullahın əlinə keçdiyini bildirib.

"Başqa sözlə, Livan ordusuna silah tədarükü terrorçulara dolayı yolla silah tədarükü kimi qiymətləndirilməlidir" , - nəşr vurğulayır.

Məlumatda, həmçinin Fransanın Tehranın yaxın müttəfiqləri ilə "şübhəli" sövdələşmələrə ilk dəfə cəlb olunmadığı vurğulanır. Fransanın Ermənistana silah tədarükünə diqqət çəkən müəlliflər İrəvanın hər iki ölkə ilə sıx əlaqələri fonunda bu silahların İran və ya Rusiyaya çata biləcəyini istisna etmirlər.

Milli.Az


Etiketlər:  Fransa Ermənistan vasitəsilə İrana silah verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ