Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xaçmaz sakini 30 qəpiklik yumurtanı 50 manata necə satır?

Xaçmaz sakini 30 qəpiklik yumurtanı 50 manata necə satır?

Tarix: 18 Noyabr 2023 14:50

İxtisasca elektrik mühəndisi olan Fərmayıl Əhmədov 10 ildir yumurtadan müxtəlif suvenirlər hazırlayır. O, yumurtaların üzərində saatlarla, hətta günlərlə işlədiyini deyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, daha çox toyuq, qaz və ördək yumurtalarından istifadə edən Fərmayıl suvenirlərin hazırlanma prosesindən bəhs edib:

"Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın üzərində kiçik deşik açılmalıdır. Daha sonra yumurta yuyularaq dezinfeksiya olunur. Yumurtanın üzərinə eskiz çəkilmiş kağızlar yapışdırılır, ya da eskiz birbaşa qabığın üzərinə çəkilir".

Bildirək ki, Fərmayılın hazırladığı bir ədəd suvenir yumurta 25-50 manata satılır.

Qeyd edək ki, Fərmayıl Əhmədovun hazırladığı əl işlərinin sayı 100-ü ötüb. O, müxtəlif sərgilərdə iştirak edib və bir neçə mükafata layiq görülüb.

Milli.Az


Etiketlər:  Xaçmaz sakini 30 qəpiklik yumurtanı 50 manata necə satır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ