Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pikeyə göz dağı: Görün Barselonada mükafatı ona kim təqdim etdi - FOTO

Pikeyə göz dağı: Görün Barselonada mükafatı ona kim təqdim etdi - FOTO

Tarix: 18 Noyabr 2023 17:48

"Latın Grammy" mükafatının təqdimetmə mərasimi keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, mərasimi Sevilyada baş tutub. Musiqi mükafatı ilk dəfə ABŞ-dan kənarda keçirilib.

Tədbirdə üç mükafat alan Şakira diqqət mərkəzində olub. Onlardan biri Jerar Pikedən ayrılması haqqında yazdığı mahnı "İlin mahnısı" mükafatını alıb.

2023-cü il yanvarın əvvəlində kolumbiyalı müğənni argentinalı DJ Bizarrap ilə birlikdə "Barselona"nın keçmiş müdafiəçisi haqqında aşağıdakı sözlərin yer aldığı treki buraxıb: "Siz "Ferrari"ni "Renault"a dəyişdiniz. Mənim kimi dişi canavar sizin kimilərə yaraşmaz".

Qeyd edək ki, üç mükafatdan ikisini ona "Sevilya"nın müdafiəçisi Serxio Ramos təqdim edib. Xatırladaq ki, Şakira Pikedən ayrıldıqdan sonra iki oğlu ilə birlikdə Barselonanı tərk edərək Mayamiyə köçüb.

Milli.Az


Etiketlər:  Pikeyə göz dağı Görün Barselonada mükafatı ona kim təqdim etdi FOTO


RƏYLƏR