Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millət vəkili kino ittifaqının üzvü oldu

Millət vəkili kino ittifaqının üzvü oldu

Tarix: 18 Noyabr 2023 20:57

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, millət vəkili, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvü Rafael Hüseynov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü seçilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunub ki, Rafael Hüseynov 84 kitab, monoqrafiya və dərsliyin, 562 elmi araşdırmanın, 700-dən çox publisistik məqalənin müəllifi, 14 tammetrajlı sənədli-publisistik filmin ssenari müəllifi, 3500-dən çox televiziya və radio verilişinin və proqramının müəllifidir.

Onun ssenarisi əsasında çəkilən televiziya filmləri arasında "Ocaq başı" (1990), "Məhsəti zirvəsi" (2013), "Söz məbədi. Nizaminin salamı" (2020), "Bakıxanovlar" (2020), "İşıqla yazılan tarix" (2020), "Hər evin qonağı" (2021) sənədli elmi-kütləvi filmləri var.

Milli.Az


Etiketlər:  Millət vəkili kino ittifaqının üzvü oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ