Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qasırğa 2 nəfərin həyatına son qoydu

Qasırğa 2 nəfərin həyatına son qoydu

Tarix: 19 Noyabr 2023 10:14

Bolqarıstanda güclü yağışlar və qasırğalı küləklərlə müşayiət olunan fırtınalı hava iki nəfərin ölümünə səbəb olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Bolqarıstanın paytaxtında güclü külək yoldan keçən avtomobilin üzərinə düşən ağacı kökündən qoparıb, nəticədə 65 yaşlı sürücü hadisə yerində ölüb, həyat yoldaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Varnada ağacın aşması nəticəsində 41 yaşlı qadın ölüb. Şəhərdə fövqəladə vəziyyət elan edilib.

"Ağır hava şəraiti bir nəfərin ölümünə səbəb olub. Qasırğalı küləklər, güclü yağış və bəzi yerlərdə qar fövqəladə hallar briqadalarının işini çətinləşdirir. Bütün şəhərlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Yıxılan ağaclar əsas yolları bağlayır və şəhər infrastrukturunu məhv edir. Yolun hərəkəti qismən bağlanıb", - Varna şəhər administrasiyasının bəyanatında deyilir.

Milli.Az


Etiketlər:  Qasırğa 2 nəfərin həyatına son qoydu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ