Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aktrisanın rejissor oğlu nişanlandı - “Çoxdan gözləyirdim” - VİDEO - FOTO

Aktrisanın rejissor oğlu nişanlandı - “Çoxdan gözləyirdim” - VİDEO - FOTO

Tarix: 19 Noyabr 2023 18:40

Gənc Tamaşaçılar teatrının aktrisası Dilarə Fərəcullayevanın ailəsində xoş gün yaşanıb. Belə ki, sənətçinin oğlu Emin Fərəcullayevin nişan mərasimi baş tutub.

Milli.Az xəbər verir ki, aktrisa sevinc hisslərini Moderator.az-la bölüşüb.

"Sevincimin həddi-hüdudu yoxdur. Bu günü çoxdan gözləyirdim, arzulayırdım. Nəhayət ki, gəlib çatdı. Allahdan bu cütlüyə xoşbəxtlik arzu edirəm. Həyatları bal kimi şirin, ömürləri isə sevinc dolu hisslərlə dolu olsun" deyə o bildirib.

Qeyd edək ki, aktrisanın oğlu Emin Fərəcullayev bir neçə filmin rejissorluğunu edib. O həmçinin fəaliyyətini bir müddət Moskvada davam etdirib. Tanınmış aktrisa Dilarə Fərəcullayeva isə teatrdakı rolları ilə daim tamaşaçıların yaddaşında iz buraxıb. "Soyuq günəş" filmində yaratdığı obraz isə aktrisanı son illərdə geniş tamaşaçı kütləsinə daha da yaxından tanıtdırıb.
 
Nişan mərasimindən özəl video və fotoları təqdim edirik:

Milli.Az


Etiketlər:  Aktrisanın rejissor oğlu nişanlandı Çoxdan gözləyirdim VİDEO FOTO


RƏYLƏR