Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lukaku yığmamız üzərində qələbəni belə şərh etdi

Lukaku yığmamız üzərində qələbəni belə şərh etdi

Tarix: 20 Noyabr 2023 11:58

Belçika yığmasının hücumçusu Romelu Lukaku AÇ-2024-ün seçmə mərhələsinin son oyununda Azərbaycan yığması üzərində qazandıqları qələbəni şərh edib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, seçməmizin qapısına 4 qol vuran ön xətt oyunçusu belə danışıb:

"Matçdan öncə paltardəyişmə otağında demişdim ki, Azərbaycanla görüşün gərginliyini nəzərə alsaq, hər şey bizim üçün fiasko ilə bitə bilər. Meydanın vəziyyəti pis olsa da, oyuna yaxşı motivasiya ilə çıxdıq. Qələbəyə və Avropa çempionatına vəsiqə qazandığımıza görə şadam. Sürətli oynamaq, ilk yarım saatda qol vurmaq vacib idi. Bundan sonra qısa zamanda ardıcıl qollar vurduq. Bu, çox vacib idi. Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Belə olmasaydı, İsveçə 3:0 hesabı ilə qalib gəlməzdilər".

Qeyd edək ki, seçmə mərhələdə 20 xal toplayan Belçika yığması F qrupunda 1-ci yeri tutub. 7 xal toplayan Azərbaycan millisi isə 4-cü olub.

Milli.Az


Etiketlər:  Lukaku yığmamız üzərində qələbəni belə şərh etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ