Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2023 12:42
"Real Madrid"in transferdən geri çəkilməsi barədə xəbərlərin dərc edilməsindən sonra "Liverpul" Kilian Mbappeni transfer etmək üçün hərəkətə keçib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, "Liverpul" Mbappe üçün təklif hazırlayıb. "AS" qəzetinin öz mənbələrinə istinadən məlumatına görə, Mbappe vergilər istisna olmaqla illik 35 milyon avro tələb edir. Həmçinin Mbappe 100 milyon avro imza pulu tələb edir.
Qeyd edək ki, "Real Madrid"in Kilian Mbappeni transfer etməkdə tərəddüd etdiyi və Mbappenin əvəzinə Erlinq Haalandı transfer etmək istədiyi irəli sürülüb.