Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tacir Şahmalıoğludan İRAD: “Mənimlə görüş təşkil etməlidir”

Tacir Şahmalıoğludan İRAD: “Mənimlə görüş təşkil etməlidir”

Tarix: 20 Noyabr 2023 15:50

"Eşitmişəm, İlhamə xanım deyib ki, hələ ona fəxri ad verilməsinə ehtiyac yoxdur".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Xoş gəldim" verilişində deyib.

Bu günə qədər fəxri ad ala bilməməsindən danışan sənətçi mədəniyyət nazirindən gileylənib:

"Mədəniyyət nazirinə rəsmi müraciət etmişəm. Amma sözüm böyük çıxmasın, əslində, mədəniyyət naziri mənimlə görüş təşkil etməlidir. 50 ildir bu sənətdəyəm. Məndən bir də gəlməyəcək axı. Nazirlik yaxşı müğənniləri arayıb axtarmalıdır, maraqlanmalıdır".

O, mərhum müğənni İlhamə Quliyevanın da vaxtilə onun fəxri ad almasına mane olduğunu açıqlayıb:

"Eşitmişəm, İlhamə xanım deyib ki, hələ ona fəxri ad verilməsinə ehtiyac yoxdur. Onu da eşitmişəm ki, fəxri ad üçün təqdim olunan sənədlərimin lazım olan yerlərə gedib çıxmasına imkan verməyiblər".

Milli.Az


Etiketlər:  Tacir Şahmalıoğludan İRAD Mənimlə görüş təşkil etməlidir


RƏYLƏR