Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden azyaşlı qıza dediyi sözlərlə diqqət çəkdi

Bayden azyaşlı qıza dediyi sözlərlə diqqət çəkdi

Tarix: 20 Noyabr 2023 15:58

Kobud səhvləri ilə tez-tez gündəmdə olan ABŞ prezidenti Co Bayden Şükran Günü tədbirində balaca qıza dediyi sözlərlə diqqət çəkib. 

Milli.Az unikal-a istinadən xəbər verir  ki,  ölkə tarixinin ən yaşlı prezidenti olan Bayden Virciniya ştatında dəniz bazasında keçirilən tədbirdə qonaqlara müraciət edib.

Gözünü kiçik bir qıza dikən Bayden uşağa yaxınlaşaraq "Nə gözəl qulaqların var" deməsi salonda heyrətə səbəb olub. ABŞ prezidenti balaca qıza "Mən sənin qulaqlarını sevdim. Onları bəyənirəm, çox gözəldirlər. Adın nədir?" deyib. 

Kiçik qız "Ketrin" deyə cavab verəndə Bayden "Nə gözəl addır. Anamın adı. Neçə yaşın var? 17?", - deyə zarafat edib. Çox gülməli olmayan bu zarafat zalda gülüşə səbəb olub. Baydenin bu addımı sosial mediada da böyük səs-küyə səbəb olub. Bir çox insanlar Baydenin kiçik qıza yanaşmasını "narahatedici və qorxulu" adlandırıb.

ABŞ prezidentinin gənc qızlarla söhbətləri əvvəllər də tənqidlərə səbəb olub. Keçən ilin oktyabrında Kaliforniyada bir məktəbdə gənclərlə şəkil çəkdirərkən Bayden bir qız tələbəyə əyilərək "30 yaşına qədər ciddi münasibət yoxdur" deməsi müxtəlif şərhlərə səbəb olmuşdu. 

Milli.Az


Etiketlər:  Bayden azyaşlı qıza dediyi sözlərlə diqqət çəkdi


RƏYLƏR