Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski nədən qorxur? – Britaniya nəşrindən iddia

Zelenski nədən qorxur? – Britaniya nəşrindən iddia

Tarix: 20 Noyabr 2023 23:58

Ukrayna Prezidenti Vladimir Zelenski qarşıdan gələn prezident seçkilərində məğlub ola biləcəyindən narahatdır.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Britaniyanın "Guardian" qəzeti yazır.

Prezident Zelenski bundan əvvəl bildirmişdi ki, hazırki situasiyada prezident seçkilərinin keçirilməsini yersiz hesab edir. Onun fikrincə, bu məsələ indi aktual deyil və buna son qoymaq lazımdır.

Eyni zamanda, Ukraynanın Strana.ua saytı ölkənin siyasi-hərbi rəhbərliyində artan ziddiyyətlərə diqqət çəkib. Mənbə iddia edir ki, Silahlı Qüvvələrin ali baş komandanı Valeri Zalujnı Zelenskiyə alternativə çevrilir, onun Ukrayna prezidentliyinə iddiası ola bilər.

Britaniya nəşrinin yazdığına görə, Zelenski "Çörçill fenomeni"ndən narahatdır. Uinston Çörçill İkinci Dünya Müharibəsi illərində ölkəyə rəhbərlik etsə də, sonrakı seçkilərdə "Britaniya Mühafizəkarlar Partiyasının qələbəsini təmin edə bilməyən baş nazir" adını daşıyır.

Milli.Az


Etiketlər:  Zelenski nədən qorxur Britaniya nəşrindən iddia


RƏYLƏR