Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər hazırlanacaq

Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər hazırlanacaq

Tarix: 21 Noyabr 2023 13:12

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin"


Etiketlər:  Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlər hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ