Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata 50 kilo arıqlayıb belə oldu - FOTOlar

Ata 50 kilo arıqlayıb belə oldu - FOTOlar

Tarix: 21 Noyabr 2023 17:45

Türkiyəli məşhur komediya ustası, aktyor Ata Demirel  düz 50 kilo çəki ataraq, sevənlərini heyrətləndirib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, uzun aylardır karbohidratlardan uzaq durmaq və gündə 45 dəqiqə yeriməklə bu nəticəni əldə etdiyini deyən aktyor, dietoloqlardan yardım almadığını bildirib. O əsasən ət, balıq yeməklərinə üstünlük verdiyini, çörək və şirniyyatdan uzaq durduğunu bildirib.

Əvvəllər 140 olan aktyor hazırda 90 kilo çəkidədir və görünüşündən məmnundur.
O  "Bir ihtimal daha var" adlı ekran işində rol almağa hazırlaşır.


Etiketlər:  kilo arıqlayıb belə oldu FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ